Pentaqon

Pentaqon
ing. The Pentagon
Pentaqon (yanvar, 2008)
Pentaqon (yanvar, 2008)
Xəritə
38°52′15″ şm. e. 77°03′18″ q. u.
Ölkə ABŞ ABŞ
Yerləşir Arlinqton, Virciniya
Tikilmə tarixi 11 sentyabr 1941 — 15 yanvar 1943
Mərtəbə sayı 7
Smetası 83 milyon ABŞ dolları
Aidiyyatı

ABŞ Müdafiə Nazirliyi


Pentaqon (ABŞ)
Pentaqon
Memar Corc Berqstrom
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pentaqon (yun. πεντάγωνον — "beşbucaqlı") — ABŞ Müdafiə Nazirliyinin düzgün beşbucaqlı formasındakı binasına verilən ad. Vaşinqton şəhərinin yaxınlığında, Virciniya ştatının ərazisində yerləşir.

Ölçülərinə və sahəsinə görə dünyada ən böyük ofis binasıdır. Layihəsi amerikalı memar Corc Berqstrom tərəfindən hazırlanan binanın tikintisi 11 sentyabr 1941-ci ildə başlamış və 15 yanvar 1943-cü ildə tamamlanmışdır.

Yerin altında 2, yerin üzərində 5 mərtəbə olmaqla, cəmi 7 mərtəbədən ibarətdir. Yerin üzərindəki mərtəbələrin hündürlüyü 23,5 metrdir. Ümumi sahəsi 620 min m² olan binanın hər bir tərəfinin uzunluğu 281 metr, perimetri 1405 metrdir. Binadakı koridorların ümumi uzunluğu 28 km təşkil edir və 7754 pəncərəsi var. Binada təxminən 28 min nəfər hərbi və mülki işçi və 3 min nəfərə yaxın xidmətedici personal çalışır.[1] Binanın beşbucaqlı quruluşunun mərkəzi hissəsində sahəsi 20 min m² olan boş park sahəsi yerləşir.

Pentaqon binası ABŞ hərbi gücünün simvolu hesab edilir və "Pentaqon" sözü binanın özündən daha çox ABŞ Müdafiə Nazirliyini ifadə etmək üçün istifadə edilir.

  1.  (ing.) The Pentagon, Facts & Figures Arxivləşdirilib 2014-08-19 at the Wayback Machine 23 avqust 2014

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search